Bərdədə yol qəzası: 3 nəfər xəsarət alıb - FOTO

Qəzalar 13 Oktyabr 2017 13:01 Oxunub 734
Bərdədə yol qəzası: 3 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Bərdə rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bərdə şəhərinin koroğlu küçəsində qeydə alınıb. Belə ki, Tərtər rayon sakini, 28 yaşlı Rahib Quliyevin idarəetdiyi 02-BM-893 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-21011" markalı, idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb. Nəticədə sürücü R.Quliyev və avtomobildə olan iki sərnişin - Tərtər rayon sakinləri, 24 yaşlı Ayaz Məmmədov, 25 yaşlı Nail Musayev müxtəlif dərəcəli bədən xəsarələri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna hər üç yaralının vəziyyətinin ağır olduğu bildirilib.

 

 

Faktla bağlı araşdırmalara başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh