Oğuzda 5 yaşlı uşaq qəzanın qurbanı oldu - VİDEO

Qəzalar 13 Oktyabr 2017 13:08 Oxunub 709
Oğuzda 5 yaşlı uşaq qəzanın qurbanı oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Oğuz rayonunda azyaşlı qızı maşın vurub. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Padar kəndindən keçən hissəsində baş verib. Padar kənd sakini 5 yaşlı Duyğu Məmmədəliyeva yolu keçmək istəyərkən, Kərimli kənd sakini 31 yaşlı Səyid İbrahimov onu idarə etdiyi İJ markalı avtomobillə vurub. Uşaq dərhal xəstəxanaya aparılıb, lakin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Yol nəqliyyat hadisələrinə dair İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh