İki qəsəbə sakinləri saatlarla avtobus gözləyir...

Yazarlar 13 Oktyabr 2017 16:24 Oxunub 1489
İki qəsəbə sakinləri saatlarla avtobus gözləyir...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Uşaq axşam saat 7-də dərsdən çıxır, 10-a evə çatır"

"İki qəsəbəyə cəmi bir avtobus verilib. Ona da saatlarla minmək mümkün olmur”. Avtosfer.az xəbər verir ki, bu sözləri Müşfiqabad qəsəbə sakini Məshəti Məmmədova “Qafqazinfo”ya şikayətində deyib.

O bildirib ki, 114 nömrəli marşrut hər zaman ağzına qədər dolu olur və bir o qədər də insan gözləyir:

“Hətta Sulutəpəyə də gedənlər bu avtobusa minir. Dəfələrlə şikayət olunub. Hər dəfə də bəhanə gətirirlər. Heç olmasa insafları olsun. Axı biz də insanıq. Uşaq axşam saat 7-də dərsdən çıxır, 10-a evə çatır. Neçə avtobus ötürmək məcburiyyətində qalır ki, ən azından minə bilsin.

Keçən dəfə də şikayət olmuşdu ki, insanlar qapıdan sallaşıb gedir. Cavab verilmişdi ki, guya, qapı sınıb insanlar keflərindən sallaşıb”.

“Qafqazinfo” məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxlayıb. O bildirib ki, hazırda Bakı ətrafı kənd və qəsəbələrə fəaliyyət göstərən marşrut xətlərində optimallaşdırılma işləri aparılır:

 

“Bu işlər çərçivəsində qeyd etdiyiniz məsələyə diqqət ediləcək. Araşdırmalar aparılacaq. Əgər yeni marşrut xəttinin açılması lazım gələrsə, açılacaq. Yox intervalda problem varsa, marşurut xətti üzrə hərəkət edən avtobusların sayı artırılacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh