Çin dağlarda tras çəkir - 13,4 milyard dollara

Texnologiya 13 Oktyabr 2017 17:33 Oxunub 1451
Çin dağlarda tras çəkir - 13,4 milyard dollara
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun tikintisinin başa çatacağı vaxt hələlik məlum deyil

Çin hökuməti İbin və Pançjihua şəhərləri arasında ölkə tarixinin ən bahalı yolunun tikintisinə başlayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Çinin cənub-qərbindəki Sıçuan əyalətinin ərazisindən keçəcək trasın çəkilməsi 13,4 milyard dollara başa gələcək. Dağlıq ərazidən keçəcək yolun uzunluğu 450 kilometr təşkil edəcək. Hesablamalara görə, yolun hər kilometri 30 milyon dollara başa gələcək. Yolun tikintisinin başa çatacağı vaxt hələlik məlum deyil. Qeyd edək ki, yolun çəkiləcəyi dağlıq ərazi çox çətin keçilən ərazidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh