Betonqarışdıran maşın "07"nin üstünə aşdı - FOTO

Avtoxəbər 14 Oktyabr 2017 00:47 Oxunub 5265
Betonqarışdıran maşın "07"nin üstünə aşdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bakı Metropoliteni” QSC-yə məxsus avtomobil qəza törədib

Bakıda metronun “Koroğlu” stansiyasının yaxınlığında betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən aşıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb. “Bakı Metropoliteni” QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, “MAN” markalı avtomobil İlman Abbasovun idarə etdiyi “VAZ 2107” markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Betonqarışdıran maşının sürücüsü İlqar Bayramovun yüngül xəsarət aldığı bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh