Salyanda “TIR” aşdı, üstündə daşıdığı 7 “BMW” yola töküldü - FOTOLAR

Avtoxəbər 14 Oktyabr 2017 00:51 Oxunub 2246
Salyanda “TIR” aşdı, üstündə daşıdığı 7 “BMW” yola töküldü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dubaydan gətirilən “BMW” markalı avtomaşınlara ciddi ziyan dəyib

Bu gün axşam saatlarında Ələt-Astara-İran avtomobil yolunun 14-cü kilometrində- Salyan rayonunun Xıdırlı kəndi ərazisində Gürcüstan vətəndaşının idarə etdiyi, Dubaydan avtomobil daşıyan “TIR” yoldan çıxaraq aşıb. Avtosfer.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində sürücü xəsarət almasa da, qoşqu üzərinə bərkidilmiş 7 ədəd “BMW” markalı minik avtomaşınlarına ciddi ziyan dəyib.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb. 




 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh