Avtobusda biabırçılıq - Sərnişinlər bu şəkildə əyləşdirilir - VİDEO

Xəbərlər 14 Oktyabr 2017 01:58 Oxunub 1560
Avtobusda biabırçılıq - Sərnişinlər bu şəkildə əyləşdirilir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobusda daha çox sərnişinin getməsi üçün nəqliyyat vasitəsinə əlavə oturacaqlar yerləşdirilib

Sərnişinlər avtobusa qeyri-qanuni şəkildə yerləşdirilib. Hadisənin Bakı Beynəlxalq Avtovağzalından çıxan Bakı-Zaqatala avtobusunda qeydə alındığı iddia olunur. Videoda avtobusda daha çox sərnişinin getməsi üçün nəqliyyat vasitəsinə əlavə oturacaqlar yerləşdirildiyi görülür. Həmin avtobusun sərnişini Emil Papayev hadisəni lentə alaraq, sosial şəbəkədə paylaşıb.

Bu barədə Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Yaşar İsakov açıqlama almaq istəsək də, o, məsələni araşdırdıqdan sonra açıqlama veriləcəyini bildirdi: "Bu barədə e-mailə yazın. Özünüz də bilirsiniz ki, mətbuat xidmətləri bu cür işləyir. Ancaq yazılı şəkildə müraciət olunmalıdır".

Avtosfer.az metbuat.az-a istinadən sözügedən görüntüləri təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh