Traktorla minik maşını toqquşub, 1 yaralı var - FOTO

Qəzalar 14 Oktyabr 2017 02:03 Oxunub 960
Traktorla minik maşını toqquşub, 1 yaralı var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib

Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, qəza rayonun Kətəlparaq kəndində qeydə alınıb. Tərtər sakini, 24 yaşlı Mirseyidli Mirseymur idarə etdiyi "VAZ-21099" markalı avtomobil ilə Bərdə sakini, 1956-cı il təvəllüdlü Salmanov Bayram Əli oğlunun sükanı arxasında olduğu "Belarus" markalı traktor toqquşub.

Nəticədə M.Mirseyidli ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh