Şəkinin tərsinə yanan işıqforları təmir edildi - VİDEO

Avtosfer TV 14 Oktyabr 2017 02:10 Oxunub 1376
Şəkinin tərsinə yanan işıqforları təmir edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaşıldan birbaşa qırmızıya keçirdi

Şəki şəhərinin Heydər Əliyev prospektində yerləşdirilən işıqforlarda problem yaranıb. Belə ki, “yaşıl işıq”dan sonra avtomatik “qırmızı işıq” yanıb. Bu vəziyyət isə qəza şəraitini qaçınılmaz edib. Problemlə bağlı Şəki şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan Metbuat.az-a bildirildi ki, ildırım çaxması nəticəsində 5 ədəd işıqforun sistemində problem yaranıb. “DYP-nin "Siqnal" İdarəsindən dəvət olunan mütəxəssislər mövcud qaydalara uyğun olaraq problemi həll etdilər. Dünən Şəki şəhər Polis Şöbəsi, Dövlət Yol Polisi bölməsinə tapşırıqlar verildi. Həmin gün keçirilən reyd nəticəsində məlum olub ki, işıqforlar artıq tam işlək vəziyyətdədir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh