Yol polisindən postda saxladığı sürücüyə ad günü hədiyyəsi - FOTO

Yol polisi 14 Oktyabr 2017 09:34 Oxunub 2533
Yol polisindən postda saxladığı sürücüyə ad günü hədiyyəsi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşı sürücünün doğum günü olduğunu bildikdə ona alma verərək təbrik edib

Azərbaycanda yol polisinin sürücüyə qarşı etdiyi jest maraqla qarşılanıb. Avtosfer.az xəbər verir ki, yol polisi əməkdaşı postda saxladığı sürücünün sənədlərini yoxlayarkən onun doğum günü olduğunu öyrənib. Bundan sonra DYP əməkdaşı sürücüyə qarşı nəcib davranaraq onu özünəməxsus və şəraitə uyğun şəkildə təbrik edib. Baş verən maraqlı olayı sürücü Azər Nəzərov özü sosial şəbəkələrdə paylaşıb. O bildirib ki, DYP əməkdaşı ona ad günü hədiyyəsi edib. Belə ki, gecə saat 2 radələrində “Ekologiya postu”nda DYP əməkdaşı Azər Nəzərovun idarə etdiyi avtomobili saxlatdırıb: “Sənədləri yoxladı, sonra da gedib içəridən (postdan) bu almanı gətirib hədiyyə verib dedi ki, ad günün imiş, böyük oğlan ol, ehtiyatlı sür”.

Sürücünün sosial şəbəkələrdə yaydığı bu məlumat istifadəçilər tərəfindən maraqla qarşılanıb.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh