"Google" "Uber"dən bir milyard dollar tələb edir

Texnologiya 14 Oktyabr 2017 10:22 Oxunub 1308
"Google" "Uber"dən bir milyard dollar tələb edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Waymo" şirkəti fevral ayında "Uber" şirkətini məhkəməyə verib

Alphabet holdinqinin (keçmiş Google Inc) tərkibinə daxil olan və avtonom idarəetmə sistemləri hazırlayan Waymo şirkəti, Uber şirkətini sənaye cəsusluğunda ittiham edərək, bir milyard dollar kompensasiya ödənilməsini istəyib.

Bu barədə xəbəri, öz mənbələrinə istinadən, Reuters agentliyi yayıb. Agentliyin müsahibi  Waymo şirkətinin Uberin pilotsuz avtomobillərinin yaradılması prosesinə müstəqil nəzarətin aparılmasını da tələb edib. Bununla, şirkət, rəqibləri tərəfindən onun texnologiyalarından istifadə edilməsinin qarşısını almaq istəyir. Əlbəttə ki, Uber irəli sürülən şərtləri rədd edib.

Waymo şirkəti fevral ayında Uber şirkətini məhkəməyə verib. Şirkət məhkəməyə təqdim etdiyi ərizəsində keçmiş əməkdaşı Entoni Levandovskinin işdən çıxamazdan öncə 10 geqabayt məxfi məlumatı köçürdüyünü və sonradan Uber şirkətinə ötürdüyünü iddia edir. Levandovski hazırda heç bir şirkətdə çalışmır. Sentyabr ayında mühəndis süni intellektə ibadət edilən kilsəni yaradıb. (Auotograph)

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh