“YouTube”-də daha bir yenilik tətbiq ediləcək

Texnologiya 14 Oktyabr 2017 11:19 Oxunub 1350
“YouTube”-də daha bir yenilik tətbiq ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“YouTube”da bu funksiya yaxşı realizə olunub

“Google” şirkəti “YouTube” proqramında tez-tez yeni funksiyaları sınaqdan keçirir. Bu dəfə internet nəhəngi çarxların avtomatik işə salınmasını yoxlayıb.

Avtosfer.az SalamNews-a istiadla  xəbər verir ki, bu barədə “Androidcentral” nəşri yazır.

İndi "Əsas" vərəqindəki video avtomatik olaraq səssiz şəkildə, amma subtitrlərlə birgə işə salınacaq. Videoçarx lap əvvəldən başlayacaq və istifadəçi onu izləyənədək davam edəcək.

İstifadəçinin icazəsi olmadan avtomatik işə salınan videolar, adətən, narahatçılıq yaradır, amma “YouTube”da bu funksiya yaxşı realizə olunub. Səsin əvəzinə subtitrlərdən istifadə edilməsi faktı həmin funksiyanı daha az usandırıcı edir. Bundan başqa, istəkdən asılı olaraq, bu funksiyanı istənilən an deaktiv etmək mümkündür. 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh