"Porsche"nin bərkgedən "universalı" - VİDEO

Avtodünya 14 Oktyabr 2017 15:00 Oxunub 1431
"Porsche"nin bərkgedən "universalı" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Porsche Panamera modelinin hər iki kuzovlu variantını gətirmişdilər

Bir çoxları biz avtomobil jurnalistlərinin işinin başdan-ayağa kef olduğunu düşünürlər. Qıraqdan baxanda, əlbəttə ki, belə görünür - müxtəlif ölkələri gəzirsən, avtomobilləri sürürsən, ziyafətlərdə iştirak edirsən. Lakin, necə deyərlər medalın əks tərəfi də mövcuddur. Götürək uçuşları. Bəzən iki, hətta, üç hava limanı dəyişmək məcburiyyətindəsən. Elə zamanlar olur ki, yatmadan iki gün havada olursan. Bəzən isə, reyslər arasında on saat gözləyirsən də - ələlxüsus, bu fasilə gecəyə düşdükdə daha çətin olur.

Bu günlərdə Xoravatiyanın Dalmatiya bölgəsinin Trogir şəhərində təşkil edilmiş Porsche Panamera Sport Turismo modelinin testlərinə, ümumilikdə (uçuş və qayıdış) Moskvanın Şeremetyevo hava limanında 19 saatlıq fasiləsi olan marşrutla uçmalı oldum. 

Adriatik dənizi sahilinin mərkəzi hissəsində yerləşən Trogir şəhəri digər iri Split şəhərinin 27 kilometrliyindədir. Şəhərin əsasını eramızdan əvvəl ikinci əsrdə yunanlar qoyublar. Şəhərin tarixi mərkəzi adada yerləşir, və materiklə körpülər vasitəsi ilə birləşdirilir. Trogirin ən baxımlı və gəzməli yeri də məhz onun kiçik mərkəzi hissəsidir.

Trogirin gəlirinin əsas hissəsini turizmdən gələn gəlir formalaşdırılır. Bu şəhərdə olduğumuz ərzində başımızın üzərindən uçan təyyarələri saysaq, kurortun çox populyar olduğu qənaətinə gəlmək olar. Bundan əlavə, yerli əhali balıqçılıqla və yaxtaların tikincisi ilə də məşğul olur. Şəhəri gəzərkən yerli tərsanədə sahiblərini gözləyən çoxlu sayda irili-xırdalı yaxtaları gördük. 

Tədbirin təşkilatçıları Trogir şəhərinə Porsche Panamera modelinin hər iki kuzovlu variantını gətirmişdilər.

Altı avtomobildən yalnız ikisi benzin güc aqreqatı ilə təchiz edilmişdi. Qalan avtomobillər isə hibrid güc qurğusuna malik idilər. İxtiyarımıza iki ədəd Panamera Turbo Sport Turismo və iki ədəd Panamera 4 E-Hybrid Sport Turismo modelləri, həmçinin iki ədəd ən dəbədəbəli və güclü Panamera Turbo S E-Hybrid Executive Edition liftbekləri verilmişdi. (autograph)

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh