Bakıda iki marşrut avtobusu toqquşdu: xəsarət alanlar var - FOTO

Qəzalar 14 Oktyabr 2017 15:06 Oxunub 840
Bakıda iki marşrut avtobusu toqquşdu: xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda iki marşrut avtobusu toqquşub, xəsarət alanlar var. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, "Neftçilər" metrostansiyasının yaxınlığında Vasif Məhərrəmov idarə etdiyi 49 nömrəli marşrut avtobusunu dayanacaqda dayanan 57 nömrəli marşrut avtobusuna çırpıb. Nəticədə hər iki avtobusun ümumilikdə 15 sərnişini xəsarət alıb. Hadisə yerinə təcili yardım maşınları cəlb edilib, yaralılara tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh