ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib

Qəzalar 14 Oktyabr 2017 15:18 Oxunub 788
ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

ABŞ səfirliyinə məxsus avtomobil Bakıda qəza törədib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Azadlıq prospekti 60 ünvanında qeydə alınıb. ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Honda” markalı, 006 D 047 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında duran “Toyota Prado” markalı maşına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə yüngül ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh