Bakıda ağır qəza: Taksidəki qadın zərbədən yola düşdü – FOTO  

Qəzalar 14 Oktyabr 2017 15:26 Oxunub 1251
Bakıda ağır qəza: Taksidəki qadın zərbədən yola düşdü – FOTO   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma başlanıb

Bu gün Bakının Yasamal rayonunda avtomobil qəzası baş verib. Avtosfer.az “yenicag.az”a istinadən xəbər verir ki, Cəfər Cabbarlı 26-28 küçəsində baş verən qəzada təxminən 60-65 yaşlarında olan qadın xəsarət alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş verməsinə gəlincə, taksi fəailiyyəti ilə məşğul olan 10-TU-775 dövlət nömrəli nişanlı, “Nissan Sunny” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən 99-EC-778 dövlət nömrə nişanlı, “Nissan X-Trail” markalı avtomobil tərəfindən vurulub. Zərbənin təsirindən taksidə müştəri kimi əyləşən qadın yola düşüb. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. Faktla bağlı araşdırma başlanıb.



ŞƏRH YAZ
Ad

E-mail

Şərh