Cərimə meydançasında fırıldaq - FOTO

Avtoxəbər 10 Dekabr 2014 15:50 Oxunub 2148
Cərimə meydançasında fırıldaq  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Bu cür fırıldaqçı qanunsuz işlərə aldanmayın!»

Avtosfer.az sancaq-a istinadən bildirir ki, Bakı sakinlərindən biri üzləşdiyi qanunsuzluqdan bəhs edib. O yazıb: "Bu gün bir dostumun xahişi ilə getmişdik Bakı Şəhər Yol Polis İdarəsinə ki, maşının cəriməsini ödəyək və cərimə meydançasından götürək. Girmişik idarəyə, hansı qaydaları pozmuşuq, onu öyrəndik və getdik poçta, bu cəriməni ödədik. Cəriməni ödədikdən sonra yenə qayıtdıq yol polis idarəsinə. İnspektora cərimənin qəbzini təqdim elədik və bundan sonra yol polis işçisi bizə bir arayış verdi - hansını ki biz cərimə meydançasında oranın işçisinə təqdim edib öz maşınımızı götürə bilərdik. Ən maraqlısı bundan sonra başlayır. Dostumun maşını cərimə meydançasında haradasa bir 20 gün qalmışdı, buna görə oranın işçiləri dostumdan 40 AZN tələb elədilər (20 gün x 2 manat).

Dostum bu pulu ödəmək üçün elə əlini cibinə atarkən onu dərhal saxladım və həmin cərimə meydançasının işçilərindən bizə rəsmi qaydada dayanacaq qəbzini təqdim eləməsini tələb elədim! 

Cərimə meydançasının işçiləri özlərini bazar adamları kimi aparırdılar və başladılar qiymət öldürməyə. Məbləği endirə-endirə axırda dedilər "20 manat verin, bəsimizdir" (20 gün x 1manat). Gördüm ki, bunlar qanunsuz işlərlə məşğul olurlar - onlara bildirdim ki, indi zəng vuracam Vergilər Nazirliyinə və sizdən şikayət eləyəcəm. Çünki siz bizdən pul istəyirsiz, amma buna görə qəbz vermirsiz. Bir də görürəm ki, oranın işçiləri şkafdan qəbzləri çıxardıb yazıb bizə təqdim edirlər. Bu da qəbz. Maşın 20 gün cərimə meydançasınsa qaldığı üçün 6 manat (20 gün 30 qəpikdən). Siz də bu qanunsuz əməllərə aldanmayın!».

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh