Sürücülük vəsiqəsi yoxdur, avtobus idarə edir – Biabırçılıq - VİDEO

Yazarlar 14 Oktyabr 2017 22:55 Oxunub 2428
Sürücülük vəsiqəsi yoxdur, avtobus idarə edir – Biabırçılıq - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda hələ də sürücülük vəsiqəsi olmadan sərnişin daşıma ilə məşğul olan sürücüləri var

Yolun yarısında saxlayan avtobus sürücüsü sərinişinləri mənzil başına çatdırmır. Sərnişinlər isə sürücüdən son dayanacağa qədər aparmasını tələb edirlər. Avtosfer.az xəbər verir ki, görüntülər paytaxtda 185 nömrəli avtobusda lentə alınıb. Sürücü sərnişinləri mənzil başına aparmamasını qəribə səbəblə izah edir. Qarşıda polis olduğunu və avobusu cərimə meydançasına aparacağından çəkindiyini deyir. Avtobusda yaşanan mübahisədən belə aydın olur ki,sürücünün sənədləri qaydasında deyil.

Şikayətlə bağlı bizdə həmin marşrut xəttində fəaliyyət göstərən avtobuslarda olduq. Sürücülərin bəziləri həqiqətən öz sənədləri ilə nəqliyyat vasitəsini idarə edir. Lakin başqasının sürücülük vəsiqəsi ilə avtobus idarə edənlər da tapıldı.Özünə aid olmayan sürücülük vəsiqəsini təqdim etməkdən çəkinən bu sürücü kimi.

185 nömrəli xəttin dispetçeri Elşən Xəlilov isə deyilən fikirlərlərlə razılaşmır.O sürücünün dayanmasının səbəbini texniki nasazlıq olması ilə izah edir.

Elşən Xəlilov xətdəki avtobus sürücülərinin bəzilərinin vəsiqəsi olmaması fikri ilə isə razılaşmır. Onun sözlərinə görə, sürücülük vəsiqəsi olmadan heç kimi işə götürmürlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh