"Salafan" maşınlar Salyanda yola dağıldı - 7 "BMW"nin görüntüsü yayıldı - VİDEO

Avtoxəbər 14 Oktyabr 2017 23:05 Oxunub 19065
"Salafan" maşınlar Salyanda yola dağıldı - 7 "BMW"nin görüntüsü yayıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza sürücünün yuxulu olması səbəbindən baş verib

Minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib. Hadisə Bakı-Quba yolunun Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində baş verib. Sumqayıt sakini, 12 yaşlı Samir Mövsümov avtobusdan düşərək yolu keçmək istəyərkən əks istiqamətdən gələn minik avtomobili tərəfindən vurulub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Salyanda isə minik avtomobillərini daşıyan yük maşını aşıb, 7 ədəd maşın əzilib. Hadisə Ələt-Astara magistralının Salyanın Kürsəngi kəndindən keçən hissəsində baş verib. Satış üçün nəzərdə tutulan minik avtomobilllərini daşıyan TIR-ın sürücüsü sükana nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, yük maşınının qoşqusunda olan və satış üçün nəzərdə tutulan 7 ədəd minik avtomobili əzilərək yararsız hala düşüb. Avtomobillər Gürcüstanın Batumi şəhərində yerləşən özəl şirkətlərdən birinə məxsus olub və İrana aparılması nəzərdə tutulub. İlkin ehtimala görə, qəza sürücünün yuxulu olması səbəbindən baş verib. Hər iki faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

arif 15 Oktyabr 2017 23:44
baxax