Niyə dalbadal "İçərişəhər" qatarı gəlir? - Metropolitendən CAVAB

Yazarlar 15 Oktyabr 2017 09:25 Oxunub 1836
Niyə dalbadal "İçərişəhər" qatarı gəlir? - Metropolitendən CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Çünki qrafik belə nəzərdə tutulub"

Sərnişinləri düşündürən vacib suallardan biri də dalbadal “İçərişəhər” qatarının gəlməsidir. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Metbuat.az-a məsələ ilə bağlı açıqlama verib: “"Həzi Aslanov" stansiyasından üzü "28 May" stansiyası istiqamətinə dalbadal həm "İçərişəhər", həm də "Dərnəgül" qatarları hərəkətə başlaya bilər. Çünki qrafik belə nəzərdə tutulub. Səbəbi misallarla aydınlıq gətirəcəm. Səhər 07:44 dəqiqədə "Həzi Aslanov" stansiyasında 9 saylı marşrut üzrə hərəkət edən qatar "İçərişəhər"ə istiqamət götürür. Onun ardınca növbəti qatar 07:48-də yenə "İçərişəhər" istiqamətinə hərəkət edən 7 saylı marşrutdur. Hər iki qatar "Neftçilər" stansiyasına qədər dalbadal gəlirlər. 07:53-də isə bu iki qatarın arasına 38 saylı marşrut üzrə hərəkət edən "Dərnəgül" qatarı girir. Burada məqsəd isə sadədir. Pik saatda "Həzi Aslanov"dan "Neftçilər"ə qədər sərnişinlər çox olduğu üçün qatarlar dolur və növbəti stansiyada gözləyən sərnişinlər üçün "Neftçilər" stansiyasının dalanından 07:53, 08:25, 08:57-də "Dərnəgül" istiqamətinə qatarlar buraxılır. Eyni zamanda 07:58 və 08:02 dəqiqədə "Həzi Aslanov" stansiyasından iki "Dərnəgül" qatarı çıxır. 08:18 dəqiqədə isə bu iki qatarın arasına "Bakmil" stansiyasından gələn "İçərişəhər" qatarı girir. Göründüyü kimi "28 May" stansiyasından hər zaman 1 qatar "İçərişəhər"ə, biri isə "Dərnəgül"ə hərəkət edir. Sübh tezdən və gecə saatlarında istisnalar ola bilər”.

N.Paşayev əlavə edib ki, söhbət tərtib olunmuş qrafikdən gedir. Yəni xətdə baş vermiş nasazlıq və digər səbəblərdən istisnalar mümkündür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh