Bu gündən sürücülük vəsiqəsi almağın şərtləri ağırlaşdırılıb - Sərt qərar

Avtoxəbər 15 Oktyabr 2017 02:02 Oxunub 5413
Bu gündən sürücülük vəsiqəsi almağın şərtləri ağırlaşdırılıb - Sərt qərar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İmtahan prosesində də müəyyən dəyişikliklər edilib

Rusiyada sürücülük vəsiqəsi almağın şərtləri dəyişdirilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sürücülük vəsiqəsi almaq üçün imtahanlara buraxılış şərtləri sərtləşdirilib. Yeni qayda bu gündən qüvvəyə minir. Yeni qaydalara görə, başqa regiondan imtahan vermək istəyən şəxslər Dövlət Nəqliyyat Təhlükəsizliyi üzrə Müfəttişliyə sənədlərini verdikdən sonra (əgər sənədlər başqa regiondan alınıbsa), müfəttişlikdən şəxslərin yaşadığı regiona sorğu göndəriləcək, dəqiqləşdiriləcək və bundan sonra həmin şəxslər imtahana buraxılacaqlar. İmtahan prosesinin özündə də müəyyən dəyişikliklər edilib. Məsələn, motosikleti idarə etmək hüququnu almaq istəyənlər "Yüksək sürətli manevr" ("ilan elementləri", sürətləndirmə, əyləci və s.) ehtiva edən məşqlərdən keçməlidirlər. Əvvəllər bu proses imtahan verənin qərarı ilə aparılırdı.

Avtomobil sürücləri üçün də məşqlərdə dəyişikliklər edilib. Beləliklə, əgər əks istiqamətdə hərəkət edirsinizsə (məsələn, "Qutuda hərəkət etmə" ilə), namizəd ilk cəhddə bu əməliyyatı həyata keçirə bilmirsə və ikinci dəfə geri qayıdırsa, imtahandan kəsiləcək. Əvvəllər isə cəhdlərin sayı tənzimlənmirdi.

Bundan başqa, yeni qaydalara görə, məşqlərin sərhədini aşmaq da qadağan edilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh