Bakıda keçmiş polis rəisini döyüb başını partlatdılar – FOTO

Yol polisi 15 Oktyabr 2017 15:30 Oxunub 5375
Bakıda keçmiş polis rəisini döyüb başını partlatdılar – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müşfiq Mədətovu kafedə oturduğu yerdə 5 nəfər döyərək qaçıb

Oktyabrın 14-də, axşam saatlarında Bakıda keçmiş polisi naməlum şəxslər tərəfindən döyülüb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu ərazisindəki “Otto” kafe-barında baş verib. Vaxtilə Nizami rayonunda polis bölmələrindən birinin rəisi olmuş Müşfiq Mədətov kafeyə daxil olan idmançı cüssəkli 5 nəfərin hücumunə məruz qalıb. Həmin şəxslərin nömrəsiz avtomobillər kafeya gəldiyi bildirilir. Onlar keçmiş rəisi möhkəm döyüblər. Nəticədə Müşfiq Mədətovun başı və qaşı partlayıb, qulağı əzilib. Hadisə yerinə çağırılan təcili yardım maşını Müşfiq Mədətovu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırıblar. Hadisə yerinə keçmiş rəisin oğlu da gəlib. O, atasının “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun adamları tərəfindən döyüldüyünü bildirib. Lakin bunun səbəbini açıqlamayıb.

Qeyd edək ki, Müşfiq Mədətov polis rəisi olmazdan əvvəl mərhum prezident Heydər Əliyevin şəxsi mühafizəçisi olub. Sonradan isə törətdiyi cinayət əməlinə görə həbs edilib. 15 illik həbsxana həyatından sonra ötən il azadlığa çıxıb.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh