Samuxda piyadanı maşın vuraraq öldürüb

Qəzalar 15 Oktyabr 2017 22:51 Oxunub 828
Samuxda piyadanı maşın vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə rayonun İnstitut Qəsəbəsində baş verib

Samuxda piyadanı avtomobil vuraraq öldürüb. Hadisə rayonun İnstitut qəsəbəsində baş verib. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən kişini vurub. Piyada keçinib. Onun şəxsiyyəti müəyyənləşdirilir.

***

İdarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə Samux rayon sakini, 1979-cu il təvəllüdlü Elnur Oktay oğlu Quliyevi vurub öldürən rayon sakini, 1986-cı il təvəllüdlü Sabir Məmmədov polis tərəfindən saxlanılıb. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh