Lənkəranda "Qazel" iki gənci vurub - Biri öldü

Qəzalar 15 Oktyabr 2017 23:05 Oxunub 858
Lənkəranda "Qazel" iki gənci vurub - Biri öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan birinin vəziyyəti ağırdır

Lənkəranın Boladi kəndində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisəni "Qazel" markalı yük avtomobilin sürücüsü törədib. Qəza nəticəsində 1999-cu il təvəllüdlü Cəfərov Elvin Nadir oğlu və 1996-cı il təvəllüdlü Hüseynov Nihat Emil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan birincinin vəziyyəti qənaətbəxş olsa da, digərinin vəziyyəti ağırdır. Nihat reanimasiya şöbəsinə yerləşdirilib.

***

Lənkəranda yük maşınının vurduğu iki piyadadan biri dünyasını dəyişib. 1996-cı il təvəllüdlü Hüseynov Nihat Emil oğlu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh