"Prado" aşıb bu hala düşdü - Yaralılar var - FOTO

Avtosfer Foto 15 Oktyabr 2017 23:06 Oxunub 4956
"Prado" aşıb bu hala düşdü - Yaralılar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Qazax yolunda minik maşını aşıb, 3 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan "02-BM-202" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı minik maşını yol kənarında olan beton maneəyə dəyərək aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb, avtomobil isə yararsız vəziyyətə düşüb. Maşında olan yüklər (meyvə-tərəvəz) yol boyu yerə səpələnib.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.



 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh