Maşın deyil, sanki quşxanadır - VİDEO

Qaydalar 15 Oktyabr 2017 23:54 Oxunub 1477
Maşın deyil, sanki quşxanadır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili ev quşları ilə doldurub yolda təhlükəli vəziyyət yaratdı

Avtomobilin arxa hissəsi ev quşu olan qazlarla örtülüb və diqqətlə baxmasan onların bir maşının üzərində olması bilinmir. Qazlardan birinin anidən yerə düşməsi isə digər yol hərəkət iştirakçıları üçün təhlükə yarada bilər. Görüntüdə avtomobilin arxa hissəsi sanki qaz hinini xatırladır. Bir az diqqətlə baxmasan, ev quşlarının bir əşyanın və ya avtomobilin üzərində olmasını ayırd etmək çətindir.

Göyçay rayonunda çəkildiyi bildirilən görüntüdə onlarla qaz bir avtomobilin üzərinə yığılıb. Bu halda magistral yolda hərəkət edən avtomobilin sahibi həm özü üçün, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.

Ekspert Azər Allahverənov bildirir ki, bu şəkildə yolda hərəkət faciəvi hadisələrə səbəb ola bilər. Mütəxəssisin sözlərinə görə, ev quşları, eləcə də ev heyvanları daşınarkən qanunvericiliyinin tələblərinə riayət etmək vacibdir. Bunun üçün minimal tələblər yerinə yetirilməlidir.

Onu da qeyd edək ki, baş verən hadisə yükdaşıma qaydalarının pozulması kimi xarakterizə olunur və 40 manat məbləğində cərimə tətbiq olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh