Yaylaqdan qışlağa köç edənlər yollarda tıxaclara səbəb oldular - VİDEO

Qaydalar 16 Oktyabr 2017 00:03 Oxunub 1395
Yaylaqdan qışlağa köç edənlər yollarda tıxaclara səbəb oldular - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər bir ay ərzində hər gün bu cür problemlə qarşılaşırlar

Yaylaqdan qışlağa köç edənlər yollarda tıxaclara səbəb oldular. Avtosfer.az-ın məlumatına görə, Tovuzu dağ kəndləri ilə birləşdirən Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunda bir neçə gündür ki, uzun tıxaclar yaranır. Səbəb yaylaqdan qışlağa qayıdan köçlərin yolu tamamilə bağlamasıdır. Bu istiqamətdə hərəkət edən sürücülər yolda heyvanların arasından rahat şəkildə keçib, hərəkətlərini davam etdirə bilmirlər. Xüsusilə köçlə eyni istiqamətdə hərəkət edənlər yollarda daha çox gözləməli olur.

Yoldan tez-tez istifadə edənlər bildirir ki, ilin yaz və payız fəsillərində, təxminən bir ay ərzində hər gün bu cür problemlə qarşılaşırlar. Bu da insanlarda həm stress yaradır, həm də mənzil başına vaxtında çatmağa imkan vermir.

Sürücülər deyir ki, köç üçün alternativ yollar olsa, bu problemdən xilas olmaq olar. Avtomobil yolu ilə heyvanların intensiv hərəkət etmələri həm təhlükə yaradır, həm də uzun tıxaclara səbəb olur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh