"VAZ" və "Shaqman" toqquşub, ölən var

Qəzalar 4 May 2014 23:38 Oxunub 1665
"VAZ" və "Shaqman" toqquşub, ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən çətinliklə çıxara biliblər

Şabranrayonu ərazisində ölümlə nəticələnənyolqəzası baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Şabran yolunun 129-cu kilometrliyində "VAZ" markalı minik avtomobili və "Shaqman" markalı yük avtomobili  toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh