Bir dəqiqədə iki dəfə qoşa xətti tapdalayan sürücülər də var - VİDEO

Avtoreyd 16 Oktyabr 2017 00:59 Oxunub 1924
Bir dəqiqədə iki dəfə qoşa xətti tapdalayan sürücülər də var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi sürücülər yol polisi və kamera olmayan yerlərdə ölümə gedir

Bakıda qoşa xəttin tələbini pozaraq təhlükəli vəziyyət yaradan sürücülər Avtosfer.az-ın kamerasına düşüb. Oktyabrın 10-da Bakının Həsən Əliyev küçəsində yolun əks istiqamətindən hərəkətə başlayan 90-EB-938 qeydiyyat  nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü 1.3 xəttinin tələbini pozaraq hər iki istiqamətdən gələn sürücülərə maneə yaradıb. Bu azmış kimi, həmin sürücü üzü ASAN Xidmətə tərəf gedərək 20 metrdən sonra yenidən qoşa xəttin tələbini pozub və sola dönüb. Hər iki hərəkəti ilə digər sürücülərə mane olan bu şəxsin cəzasız qalmayacağına inanırıq.

Oktyabrın 11-də isə Hüseyn Cavid prospektində hərəkətdə olan 10-OA-777 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürürcüsü də qoşa xəttin tələbini pozaraq geriyə dönüb.

Bu cür manevrlərin sonu həmişə qəzasız olmur. Bir çox hallarda belə qaydanı pozan sürücülər faciəvi qəzanın səbəbkarları olurlar. Ən pisi də odur ki, yol polisi və kamera olmayan yerlərdə sürücülər ölümə gedirlər. Ona görə də yolda səbirli olub qaydaları pozmamalıyıq.

Qeyd edək ki, bu qaydanı pozan sürücüləri 3 bal və 60 manat cərimə gözləyir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh