Yol polisi olmayan yerdə qayda pozanlar bu cür cərimələnir - VİDEO

Qaydalar 16 Oktyabr 2017 01:13 Oxunub 2346
Yol polisi olmayan yerdə qayda pozanlar bu cür cərimələnir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşları həmin sürücünü aşkar edərək cərimələyib

Avqustun 28-də Dövlət Bayrağı Meydanından Bibiheybətə gedən yolda qəza şəraiti yaradan 99-HF-740 qeydiyyat nişanlı "Ford" markalı yük avtomobilinin sürücüsünün görüntüləri Avtosfer.az saytında işıqlandırılıb. Bildirək ki, qeyd olunan sürücü sağa dönən zaman orta zolaqdan birbaşa sağ zolağa keçərək həmin zolaqda hərəkət edən sürücüyə qəza şəraiti yaradıb. Bu video yayılandan sonra bəzi “ağıllı” sürücülər “burada heç bir qayda pozuntusu yoxdur” deməklə əslində, özlərini biabır etmiş oldular. Görünür, onlar qaydaları elə bu cür bilirlər və belə də yaşayırlar. Lakin onlara bir daha həmin videoya baxmağı və qaydaları öyrənməyi məsləhət görərdik. Çünki görüntünü izləyən Bakı Şəhər DYP idarəsinin əməkdaşları həmin sürücünü aşkar edərək inzibati məsuliyyətə cəlb edib. Cavab məktubunu sizə təqdim edirik.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh