Bakıda "Prado" ilə "Moskviç" toqquşub, 1 ölü, 1 yaralı - FOTO

Qəzalar 16 Oktyabr 2017 01:37 Oxunub 1810
Bakıda "Prado" ilə "Moskviç" toqquşub, 1 ölü, 1 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya dairənin gözləmə nişanına məhəl qomayan "Prado" səbəb olub

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində "Moskviç" və "Toyota Prado" markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb. Dairəyə daxil olan "Moskviç" hərəkətini davam etdirərkən "Toyota" yüksək sürətlə gələrək gözləmə nişanının tələbini pozub və "Moskviç"in orta hissəsinə çırpılıb. Nəticədə 1963-cü il təvəllüdlü Hüseynov Tofiq Şahverdi oğlu ölüb, onun sərnişini, 1970-ci il təvəllüdlü Babayev Mürsəl Xanlar oğlu isə ağır yaralanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh