Gəncədə yol qəzası, 1 nəfər öldü

Qəzalar 16 Oktyabr 2017 02:07 Oxunub 1033
Gəncədə yol qəzası, 1 nəfər öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü xəsarət alan piyadanı xəstəxanaya apararkən yolda ölüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb. Samux rayon sakini, 1986-cı il təvəllüdlü Sabir Məmmədov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən həmyerlisi, 1979-cu il təvəllüdlü Quliyev Elnur Oqtay oğlunu vurub. Sürücü xəsarət alan piyadanı xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh