Bakıda yolda aparılan təmir işləri yol qəzasına səbəb olub - FOTO

Qəzalar 16 Oktyabr 2017 09:34 Oxunub 1253
Bakıda yolda aparılan təmir işləri yol qəzasına səbəb olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü idarəetməni itirərək maşını aşırıb

Bakının Nəsimi rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Hənifə Ələsgərov küçəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Kamilzadə Nicat Güləhməd oğlu idarə etdiyi "90-ZX-735" dövlət qeydiyyat nişanlı "Toyota Corollo" markalı avtomobil ilə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən yolun təmir işləri gedən hissəsini görmədiyi üçün idarəetməni itirib və avtomobil aşaraq əvvəlcə səkiyə, ardınca isə işıqfora çırpılıb. Nəticədə sürücü xəsarət almasa da, maşın deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Aşmış avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh