Azərbaycanın velosiped zavodu Gürcüstandan iri sifariş alıb

Texnologiya 16 Oktyabr 2017 10:10 Oxunub 1539
Azərbaycanın velosiped zavodu Gürcüstandan iri sifariş alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İsmayıl rayonunda atçılıq turizminin inkişafı üçün iş görülür

Qafqazdakı yeganə velosiped zavodu olan "Isma Bikes" iki ay əvvəl Batumidən (Gürcüstan) dağ turizmi üçün 10 min ədəd velosiped sifarişi alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyib. M.Sadıqov İsmayıllıya gələn turistlərin sayının artdığını da deyib: "Lahıc qəsəbəsinə gələn turistlərin sayı artıb. Rəsmi statistikaya görə, bu il turistlərin sayı 33 min nəfərdir. Amma rayon Statistika İnformasiya İdarəsinin məlumatında isə bu rəqəm 83 min olaraq göstərilib".

İcra başçısı qeyd edib ki, Lahıcda əhalinin azalmaması naminə onların məşğulluğu üçün imkanlar yaratmaq lazımdır: "Əgər desələr, Lahıcda ticarətlə məşğul olanlar zəif dolanır, bilin ki, yalan deyir. Əgər Lahıca gələn hər turist burada cəmi 3 manat pul xərcləsə, bu, ildə minimum 15-20 min manat deməkdir. Bunu inkişaf etdirmək üçün buranın inkişaf planı olmalıdır. Təəssüf ki, ustalarımız bu gün suvenirlər hazırlamağa keçiblər. "Tefal" qazanlar çıxandan qədim kəfkir, aşsüzən moddan düşüb. İndi brasletə, suvenirlərə keçməklə elə bil sənətkarlıq başqa cür formalaşıb. Vaxtı ilə buranın 15-20 min əhalisi olub, indi isə 3 min nəfərə yaxındır. Cavanlar gedib Bakıda günü 15 manata fəhlə işləyir. Əgər burada gündə 10-15 manat qazansa, öz yerində qalacaq".

M.Sadıqov İsmayıllı ərazisində atçılıq turizminin inkişaf etdirilməsi üçün işlər görüldüyünü də bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh