Avtobus sürücüsü faciəyə səbəb oldu: Qadın 18 gündür komadadır - FOTO

Yazarlar 16 Oktyabr 2017 11:57 Oxunub 1665
Avtobus sürücüsü faciəyə səbəb oldu: Qadın 18 gündür komadadır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü polis tərəfindən saxlanılıb

Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması faciəyə səbəb olub. Avtosfer.az-ın baku.ws-ə istinadən məlumatına görə, 64 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yolu keçmək istəyən Təranə Məhəmməd qızı Babaşovanı maşınla vurub. T.Babaşovanın həyat yoldaşı Müzəffər İsmayılovun sözlərinə görə, hadisə sentyabrın 27-də baş verib. Təranə Babaşova “8-ci kilometr” bazarının qarşısında avtobusdan düşüb yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus xanımı vurub. Sürücü polis tərəfindən saxlanılıb. T.Babaşova isə xəstəxanaya yerləşdirilib. Müzəffər İsmayılovun sözlərinə görə, xanımı 18 gündür komadadır. Ailənin Təranə Babaşovanı müalicə etmək imkanı yoxdur. Kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul göndərə bilər..

ŞƏRH YAZ
Ad

E-mail

Şərh