Məşhur avtomobil şirkəti 400 nəfəri işdən çıxartdı

Avtobazar 16 Oktyabr 2017 12:25 Oxunub 1350
Məşhur avtomobil şirkəti 400 nəfəri işdən çıxartdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Tesla” şirkəti rəsmi şəkildə nə qədər işçinin işdən çıxarıldığını açıqlamayıb

Elektrikli avtomobil istehsalçısı “Tesla” kütləvi ixtisarlara başlayıb. “Qaynarinfo” xəbər verir ki, şirkət 400 nəfəri eyni vaxtda işdən çıxardıb. Buna səbəb işçilərin iş qabliyyətinin yetərli olmaması göstərilib. Amerika şirkətinin bununla bağlı yaydığı açıqlamada “33 mindən artıq işçisi olan şirkətlərdən biri olaraq performans dəyərləndirmələri əsasən şirkətdən ayrılıqlarla nəticələnir. “Telsa” böyüməyə və dünyanın hər yerindən yeni insanları öz sıralarına qatmağa davam edir” deyilir. “Tesla” şirkəti rəsmi şəkildə nə qədər işçinin işdən çıxarıldığını açıqlamayıb. Amma şirkətin keçmiş əməkdaşlarından biri “Reuters”ə açıqlamasında 400 nəfərin işdən çıxarıldığını bildirib. 

Qeyd edək ki, avqust ayında “Model 3” modelini təqdim edən hirkət sentyabrda sifariş edilən avtomobillərdən 500-ünü təhvil verəcəyini, dekabra qədər isə 20 min maşın istehsal olunacağını açıqlamışdı. Ancaq avtomobil qaleriyası olmayan, bütün satışlarını internet vasitəsi ilə həyata keçirən şirkət indiyə qədər cəmi 260 avtomobil istehsal edə bilib. “Model 3″lə bağlı sifarişlər isə artıq 455 minə çatıb. “The Wall Street Journal”ın xəbərinə görə, işçilər “Model 3″ün bəzi detallarını əllə hazırlayır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh