Baş Dövlət Yol Polisi İdarəsində struktur dəyişdi - Yeni idarə, köhnə rəis - FOTO

Yol polisi 16 Oktyabr 2017 12:53 Oxunub 10892
Baş Dövlət Yol Polisi İdarəsində struktur dəyişdi - Yeni idarə, köhnə rəis - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeydiyyat-İmtahan Şöbəsi İdarə oldu, əvvəlki ştat ləğv edildi

Xəbər verildiyi kimi, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun uzun illərdir icra etdiyi bu vəzifədən gedişi ilə bağlı müxtəlif fikirlər səslənir. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Hacımurad Abdullayev bu vəzifədən gedəndən sonra onun rəhbərlik etdiyi şöbə ləğv edilib. Həmin şöbənin yerində isə Qeydiyyat-İmtahan İdarəsi (Qİİ) yaradılıb. Həmin idarənin rəisi postuna polkovnik Mübariz Şahbazov təyin edilib. Mübariz Şahbazov həm də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavinidir. Hazırda həm rəis müavini, həm də Qİİ rəisi kimi fəaliyyətini davam etdirən Mübariz Şahbazov uzun illərdir daxili işlər orqanlarında çalışır, DYP sıralarında geniş təcrübəsi olan zabit kimi tanınır.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh