DYP Bakıda evakuatorların fəaliyyətini dayandırması barədə AÇIQLAMA

Yol polisi 16 Oktyabr 2017 16:45 Oxunub 1441
DYP Bakıda evakuatorların fəaliyyətini dayandırması barədə AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Biz də qışa hazırlıq işləri həyata keçiririk"

Bakıda Dövlət Yol Polisinə (DYP) məxsus evakuatorların fəaliyyətinin müvəqqəti dayandırılması barədə deyilənlər doğru deyil. Avtosfer.az bildirir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. O bildirib ki, hazırda evakuator avtomobilləri fəaliyyətini davam etdirir: "Bütün sahələrdə qışa hazırlıq işləri aparılır. Biz də qışa hazırlıq işləri həyata keçiririk. Eyni zamanda müvəqqəti mühafizə olunan dayanacaqlarda da bu işlər həyata keçirilir. Adı çəkilən duracaqda qışa hazırlıqla əlaqədar gedən təmir işləri ilə əlaqədar evakuator avtomobilləri şənbə və bazar günləri fəaliyyətini dayandırıb. Ancaq hal-hazırda evakuator avtomobilləri işini davam etdirir. Xatırladıram ki, Bakı ərazisində dayanma-durma qaydalarını pozanlar və parklanmaya icazə verilməyən ərazilərdə avtomobil saxlayan sürücülər barədə tədbirlərin görülməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən iş davam etdirilir. Yəni inzibati qaydada protokol da yazılır, qadağan edilmiş ərazidə avtomobil saxlanılırsa, evakuasiya olunur və yaxud da elektron protokol tərtib edilir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh