Yol qəzalarına görə yeni cəza tətbiq ediləcək - VİDEO

Avtoxəbər 17 Oktyabr 2017 00:50 Oxunub 1404
Yol qəzalarına görə yeni cəza tətbiq ediləcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yüngül hallarda sürücü cinayət məsuliyyətinə cəlb edilməyəcək

Böhtana görə yeni cəza tətbiq ediləcək. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 147-ci maddəsinə əlavələrin edilməsi təklif olunur. Hazırda bu əmələ görə, 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası var. Təklifə əsasən isə böhtana görə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək. Burada cəza məhkumu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Məcəlləyə ediləcək daha bir dəyişiklik isə avtoqəzalarla bağlıdır. Burada yüngül hallarda vətəndaş cinayət məsuliyyətinə cəlb edilməyəcək.

Tərəflər barışmadıqda isə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək. Əksər iqtisadi və mülki məsələlərlə bağlı da cinayət məsuliyyəti aradan qaldırılır.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh