Yol polisi defisi silinən nömrələri belə düzəldir - Pulsuz - VİDEO

Yol polisi 17 Oktyabr 2017 00:57 Oxunub 10937
Yol polisi defisi silinən nömrələri belə düzəldir - Pulsuz - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər istənilən yol polisi postuna yaxınlaşaraq 2-3 dəqiqəyə nömrədəki qüsuru aradan qaldıra bilər

Artıq bir neçə gündür yol polisi standartlara cavab verməyən nömrələrin bərpası işinə başlayıb. Avtomobilin nömrəsində defis işarəsi silinən sürücülər istənilən yol polis postuna yaxınlaşaraq 2-3 dəqiqə müddətində nömrəsində olan qüsuru aradan qaldıra bilər. Avtosfer.az-ın məlumatına görə, dövlət nömrə nişanı açılmadan standarta uyğunlaşdırılır. Görüntülər Bakı-Sumqayıt yolunun Baş Dövlət Yol Polis İdarəsinin ''Saray'' postundandır. Baş Dövlət Yol Polis İdarəsinin müvafiq göstərişi ilə stasionar postda yol polisi avtomobilinin nömrəsində defisi silinən sürücüləri saxladır. Onlara əvvəlcə məsələ ilə bağlı məlumat verilir, daha sonra nömrənin defisi normal hala salınır.

Dövlət nömrə nişanında qüsur olan sürücülərin böyük əksəriyyəti isə bundan xəbərsiz olduqlarını deyirlər. Dəmir çərçivəni nömrənin üzərinə qoymaqla yol polisi bu işi 2-3 dəqiqə müddətində ödənişsiz həyata keçirir. Yol polislərinin verdikləri məlumata görə, həmin boya nömrəni yazan maddədəndir.

Nömrədəki defisin başqa yerdə bərpasına gəlincə isə, Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, istənilən şəxs nömrəsində olan bu çatışmazlığı öz ustasına düzəltdirə bilər. Amma gərək həmin defis səliqəli şəkildə rənglənsin və nömrənin digər hissələri zədələnməsin.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh