Avtomobillərin anidən alışması halları artıb - Səbəb nədir? - VİDEO

Yazarlar 17 Oktyabr 2017 01:03 Oxunub 1338
Avtomobillərin anidən alışması halları artıb - Səbəb nədir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İşlək vəziyyətdə olmayan avtomobil dayandığı yerdə yanıb

Son zamanlar avtomobillərin anidən alışması halları artıb. Avtosfer.az-ın məlumatına görə, növbəti belə hadisə ötən gün Ağdamın Evoğlu kəndində baş verib. İşlək vəziyyətdə olmayan avtomobil dayandığı yerdə yanıb. Şahidlərin verdiyi məluamata görə, kənd sakini Sərdar Əliyevə məxsus avtomobil anidən alışıb və yanıb. Ümumiyyətlə, son zamanlar belə hadislər tez-tez baş verir. Mütəxəssislər bildirir ki, avtomobillərdə bir neçə səbəbdən yanğın baş verə bilər. Ən əsas səbəb isə sonradan quraşdırılan avadanlıqlardır.

Avtomobillərin mühərrikində baş verən alışma isə adətən rezinlərin sıradan çıxması nəticəsində yanacaq sızması zamanı qeydə alınır. Bundan başqa nadir hallarda mühərrikdə alışma elektrik paylayıcı cihazların nasazlığından da baş verə bilər.

Mütəxəssislər, sürücülərə elektirk cihazlarına mümkün qədər az müdaxilə etməyi və yalnız zavodun tövsiyəsinə uyqun olan işıq cihazlarını quraşdırmağı tövsiyə edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh