Maşın iki piyadanın həyatına son qoydu - VİDEO

Avtosfer TV 17 Oktyabr 2017 01:10 Oxunub 1290
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan biri xəstəxanada, digəri yolda ölüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb. Samux rayon sakini, 31 yaşlı Sabir Məmmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən həmyerlisi, 38 yaşlı Elnur Quliyevi vurub. Sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya apararkən yaralı yolda dünyasını dəyişib.

Lənkərandakı qəza da ölümlə nəticələnib. Rayonun Boladı kəndində, axşam saatlarında yolu keçmək istəyən 18 yaşlı Elvin Cəfərovu və 23 yaşlı Nihat Hüseynovu yük avtomobili vurub. Hər iki yaralı dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Vəziyyəti daha ağır olan yaralı Nihat Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh