Maşın üçün bu detaldan istifafə etməyin - Çox təhlükəlidir

Avtoxəbər 17 Oktyabr 2017 02:00 Oxunub 5250
Maşın üçün bu detaldan istifafə etməyin - Çox təhlükəlidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Türkiyə istehsalı Çin istehsalından 2 dəfə bahadır

Digər ehtiyat hissələri kimi avtomillərin “şaravoy” adlandırılan alt oynaq hissəsinin də original və Çin istehsalı variantı var. Avtomobil ustası Əli Sultanov Metbuat.az-a açıqlamasında bildirib ki, “Şaravoy” alarkən original, yaxud Türkiyə istehsalı olanını alın: “Avtomobilin yükü alt oynaq hissənin üzərində olur. Köhnə modellərdə onun biri sağda, digəri solda yerləşir. Yeni modellərin hamısında isə bir ədəd olur. Onun orijinal, yaxud Türkiyə istehsalını almaq lazımdır, Çin istehsalını deyil. Çünki avtomobil sürətlə hərəkət edən zaman həmin hissə maşının altından çıxır. Bu da qəza şəraitini qaçılmaz edir.

Çin istehsalını Türkiyə istehsalından qiymət fərqi ilə ayırd etmək mümkündür. Türkiyə istehsalı Çin istehsalından 2 dəfə bahadır. Görünüşcə onları yalnız işin mütəxəssisləri ayırd edə bilər. Sürücülərə məsləhətim ondan ibarətdir ki, haradan almaqlarından asılı olmayaraq, keyfiyyətli məhsul seçsinlər”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh