Sürücünün maşını xarab oldu, yol polisləri gedib usta gətirdi - FOTO

Xəbərlər 17 Oktyabr 2017 02:12 Oxunub 6851
Sürücünün maşını xarab oldu, yol polisləri gedib usta gətirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü DYP əməkdaşının bu hərəkətinə görə daxili işlər nazirinə təşəkkür edib

Oktyabrın 16-da Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısında nasazlıq səbəbindən yolda qalan 90-BL-176 qeydiyyat nişanlı "QAZ-3110" markalı avtomobilin sahibi həmin ərazidə xidmət aparan yol polislərinin xeyirxah əməlinin şahidi olub. Bu barədə Avtosfer.az-a sürücü özü məlumat verib. Bildirib ki, avtomobilin mühərrikində yaranmış nasazlığa görə yarım saat ərzində mühərriki işə sala bilməyib. Bir neçə nəfər köməyə gəlsə də problemi aradan qaldıra bilməyiblər. Bundan sonra həmin ərazidə xidmət göstərən Bakı şəhər DYP-nin Yol-Patrul Xidməti Alayının 1-ci tağımına məxsus 99-YP-319 dövlət qeydiyyat nişanlı avtomobildəki əməkdaşlar - polis baş serjantı Həmid Məmmədov və polis kiçik serjantı Mətin Abdullazadə sürücüyə yaxınlaşaraq yaranmış problemlə maraqlanıblar. Onlar vəziyyəti öyrənəndən sonra nasazlığı aradan qaldırmaq üçün patrul avtomobili ilə gedərək usta gətiriblər. Usta gəldikdən sonra avtomobildəki nasazlıgı təmənnasız aradan qaldıraraq sürücünün rahat hərəkətini təmin ediblər.

Sürücü həmin polis əməkdaşlarının xeyirxah əməlini alqışlayaraq onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb və polis orqanlarında Həmid Məmmədov və Mətin Abdullazadə kimi şərəfli polislər olduğu üçün daxili işlər naziri Ramil Usubova təşəkkür edir.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh