Aramızda hələ də belə anormal avtobus sürücüləri var – VİDEO

Xəbərlər 17 Oktyabr 2017 10:16 Oxunub 2294
Aramızda hələ də belə anormal avtobus sürücüləri var – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxınlaşan maşını görən sürücü onun yoluna çıxıb qəza şəraiti yaradır

Bakıda qayda pozaraq qəza şəraiti yaradan avtobus sürücüsünün görüntüsü Avtosfer.az-ın kamerasına tuş gəlib. Belə ki, oktyabrın 15-də Binəqədi şossesində yerləşən Zəngəzur şadlıq sarayının yanındakı yolayrıcında svetoforun yaşıl işığında hərəkətdə olan avtomobilin qarşısına qəfildən qırmızı işıqda hərəkət edən 10-TG-363 qeydiyyat nişanlı 165 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobus çıxaraq ona qəza şəraiti yaradıb.İçi dolu sərnişinlə olan avtobusun sürücüsü dərk etmir ki,bir neçə saniyə tələsmək faciəvi qəzaya yol aça bilərdi. Onlarla can daşıyan bu cür sürücülər yollarda daha diqqətli və intizamlı olmalıdırlar.

Pozduğu qaydaya görə bu sürücü 3 bal 60 manat məbləğində cərimə oluna bilər.

Sözügedən avtobus "Çinar Trans" şirkətinə məxsusdur.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh