Yol nişanına reklam yapışdıranlar – Qadağandır - FOTO

Avtosfer Foto 17 Oktyabr 2017 12:17 Oxunub 3968
Yol nişanına reklam yapışdıranlar – Qadağandır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP həmin şəxsləri aşkar edərək məsuliyyətə cəlb edəcək

Bakının Əhməd Cəmil küçəsində (“Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən litseyin qaşısında) yola dayanma və durmanın qadağan olunmasını bildirən 3.27 nişanı quraşdırılıb. Həmin nişanın üzərinə qanunsuz olaraq elan yapışdırılıb. Elanda "Qızlar üçün kirayə həyət evləri verilir" cümləsi yazılaraq əlaqə üçün telefon nömrəsi qoyulub.

Avtosfer.az bildirir ki, yol nişanının üzərinə bu cür elanlar yapışdıraraq onu yararsız hala salmaq həm qadağandır, həm də insanlıqdan kənar bir əməldir. 

Yollarda tək sürücü kimi yox, bir insan kimi mədəniyytli olaraq cəmiyyətə hörmət etmək lazımdır.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, belə şəxsləri aşkar edib məsuliyyətə cəlb etmək mümkündür. Çünki elan yapışdırmaqla yol nişanlarının görünüşünü pozub ziyan vururlar.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh