"Aston Martin" ildə iki eksklyuziv avtomobil istehsal edəcək

Avtodünya 17 Oktyabr 2017 09:04 Oxunub 1322
"Aston Martin" ildə iki eksklyuziv avtomobil istehsal edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillərdən bir neçəsi birbaşa şəxsi kolleksiyalara göndəriləcək

Aston Martin şirkətinin müştərilərin sifarişi ilə eksklyuziv avtomobillər hazırlayan Prototype Operation bölümü ildə iki superkar buraxacaq. Hər bir belə avtomobilin ən aşağı qiyməti 2,6 milyon dollar təşkil edəcək.

Qeyd etmək gərəkdir ki, artıq dörd belə avtomobil sifariş edilib. Bu barədə xəbəri Aston Martin şirkətinin başçısı Əndi Palmerə istinadən Road and Track nəşri yayıb.  Nəşrə verdiyi müsahibədə Palmer xüsusi müştərilər üçün inşa edilən xüsusi avtomobillərin CC100 spidsterinə və Vantage GT12 Roadster modellərinə bənzəyəcəklərini də söyləyib. Bu avtomobillərdən bir neçəsi birbaşa şəxsi kolleksiyalara göndəriləcək.

Eksklyuziv Aston Martin CC100 spidsterinin buraxılışı istehsalçının 100 illik yubileyinə həsr edilib. Bu avtomobilin debütü 2013-cü ildə keçirilən “Nürburqrinqin 24 saatı” marafonu zamanı baş tutmuşdu.  V12 Vantage modelinin bazasında inşa edilən superkar karbondan hazırlanmış kuzova və 517 at qüvvəli 6,0-litrlik V12 mühərrikinə sahib olub.  Yerindən 100 km/saat həddinə spister dörd saniyədən az müddətə sürətlənir. (autograph)

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh