Bakı-Sumqayıt şosesində avtomobil qəzası baş verib

Qəzalar 17 Oktyabr 2017 09:41 Oxunub 845
Bakı-Sumqayıt şosesində avtomobil qəzası baş verib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza nəticəsində xəsarət alanın olmadığı deyilir

Bakı-Sumqayıt şosesində avtomobil qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Sumqayıtdan Bakıya doğru hərəkət edən 99-GJ-170 dövlət nömrə nişanlı, "Mercedes Benz" markalı avtomobil qəza törədib. Məlumata görə, idarəetmədən çıxan nəqliyyat vasitəsi iki yolu ayıran dəmir arakəsmələrə çırpılıb, daha sonra istiqamətini dəyişərək əks tərəfdəki yanacaqdoldurma məntəqəsinin səkisinə dəyib. Nəticədə yanacaqdoldurma məntəqəsinin işıq dirəkləri aşıb. Yol təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib. Qəza nəticəsində xəsarət alanın olmadığı deyilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh