Sərnişin təyyarəsi dronla toqquşdu

Qəzalar 17 Oktyabr 2017 10:11 Oxunub 869
Sərnişin təyyarəsi dronla toqquşdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Dron həmin vaxt orada olmamalıydı"

Kanadanın Kvebek bölgəsində pilotsuz uçuş aparatı ilə enişə keçən sərnişin təyyarəsi toqquşub. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki,  Kanada nəqliyyat naziri Mark Qarno hadisə zamanı heç kimin zərər çəkmədiyini deyib. Olay ötən həftə baş verib, məlumat isə yeni yayılıb. Nazir dron və təyyarənin toqquşmasının ölkədə ilk dəfədir baş verdiyini söyləyib. O qeyd edib ki, qanunvericilik dronlardan hava limanlarının 5 kilometrliyinə qədər məsafədə istifadəni qadağan edir: "Dron həmin vaxt orada olmamalıydı".

 

M.Qarno bildirib ki, əgər dron təyyarənin mühərrikinə və ya kabin hissəsinə dəysəydi, ciddi nəticələrə səbəb olardı. O, gələcəkdə bu cür hadisələrdən yayınmaq üçün şəxsi dronlardan istifadə məsələsində yeni qanuni tənzimlənmələrin həyata keçiriləcəyini vurğulayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh