Oleq Qazmanov avtomobil qəzasına düşüb

Qəzalar 17 Oktyabr 2017 10:15 Oxunub 831
Oleq Qazmanov avtomobil qəzasına düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 "Elə indicə qəzaya düşdük. Yolda iki çuxur var. Birindən çıxan armatur avtomobilimin iki təkərini deşdi. Hamı ehtiyatlı olsun"

Rusiyanın tanınmış müğənnisi Oleq Qazmanov avtomobil qəzasına düşüb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Perm diyarının Usolsk rayonu ərazisində baş verib. Q.Qazmanov "Instagram" səhifəsində yazıb ki, qəzaya avtomobilin təkərlərinin yoldakı çuxurda zədələnməsi səbəb olub.

"Elə indicə qəzaya düşdük. Yolda iki çuxur var. Birindən çıxan armatur avtomobilimin iki təkərini deşdi. Hamı ehtiyatlı olsun", - deyə müğənni yazıb.

O, daha sonra qeyd edib ki, Permə oktyabrın 18-də konsert vermək üçün gəlib. Müğənni qəzanın körpüdə baş verdiyini də əlavə edib. 

 

Hüquq-mühafizə orqanlarından və yol xidmətindən hələlik heç bir açıqlama verilməyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh